|
Gürcüstanda bu ölkənin prezidenti və Baş naziri arasında növbəti qalmaqal yaşanıb.
Teleqraf.az bu dəfəki problem Birləşmiş Millətlər Təşkilatının iqlim dəyişikliyinə dair 69 -cu sessiyası ilə bağlıdır. Hazırda qonşu ölkədən ali təşkilatın tribunasında çıxış edəcək şəxsin müəyyənləşdiriləməsində əsl problem yaşanır. Məsələn, Xarici İşlər nazirinin müavini David Zalkalianı bildirib ki, BMT tribunasından Baş nazir İrakli Qaribaşvili çıxış edəcək. Onun sözlərinə görə, nazirlik hazırda dövlət başçısının səfəri ilə əlaqədar məsələnin üzərində işləmir.
Öz növbəsində Prezident Marqelaşvilinin müşaviri Tengiz Pxaladze xatırladıb ki, onlar dövlət başçısının Nyu Yorka səfərini təxirə salmayıblar və bu məsələ üzərində son tamamla işlərini həyata keçirməkdədirlər.
Bu arada məsələyə Xarici İşlər naziri Maya Pancikidzenin özü aydınlıq gətirib və deyib ki, Gürcüstandan iki ali nümayəndə heyətinin səfəri ölkəsinin beynəlxalq imcinə ciddi zəribə vurardı. Xanım nazır əlavə edib ki, məsələni prezidentin müşavirinin diqqətinə də çatdırıb.