Almaniya mətbuatı Səddam Hüseynin qızı Raqad Hüseynin sərvətinin bir hissəsinin İŞİD-ə bağışladığını açıqlayıb. Teleqraf.az Axar.az-a istinadən xəbər verir ki, “Der Spigel” jurnalı maliyyə yardımının səbəbinin diktator qızının yenidən hakimiyyətə gəlmək istəyi ilə bağlı olduğunu bildirib.
Jurnalın yazdığına görə, Yaxın şərqdə adı çəkilməyən bir diplomat Raqad Hüseynin BƏƏS rejiminin qisasını almaq üçün belə bir addımı atdığını qeyd edib.
Xatırladaq ki, Raqad Hüseyn hazırda İordaniyada yaşayır və sərvəti milyonlarla ölçülür.