|
İngiltərənin “Deyli Ekspress” (“Daily Express”) qəzeti İŞİD-in 4-5 sentyabrda təşkil olunacaq NATO zirvə toplantısını hədəfə aldığını bildirib.
Teleqraf.az xəbər verir ki, qəzet Rəcəb Tayyip Ərdoğanın Azərbaycan səfərindən sonra qatılacağı tədbirdə İŞİD tərəfindən əsas hədəf olacağını vurğulayıb. Qəzet İngiltərədə terror aktının tam real olduğunu və bunun Müdafiə naziri Filip Hammond tərəfindən də təsdiq olunduğunu qeyd edərək “Küçələrimizdə yeni cihad təhdidi var” başlıqlı xəbər verib. İngiltərənin Kardiff şəhərində təşkil olunacaq NATO zirvəsinin təhlükəsizlik qüvvələri bildirib ki, İŞİD-in hücumu gözləniləndir. “Terrorçular İngiltərədə NATO zirvəsinə hədəfləyir” başlıqlı yazıda isə sabiq Xarici İşlər naziri Kim Hovellsin fikirləri daha qorxuludur:
“ABŞ Prezidenti Barak Obamanın da iştirak edəcəyi dünya liderlərinin toplantısı terrorçuların hədəfinə çevriləcək. Kardiff hədəf olacaq. Bu müzakirə edilə bilməz. Buna görə terrorçulara qarşı çox güclü təhlükəsizlik tədbirləri alınmalıdır”.
Məqalədə prezident seçilən Baş nazir Ərdoğanın NATO zirvə toplantısında Qərbi təhdid edən İŞİD-ə qarşı görüləcək tədbirləri müzakirə edəcəyi üçün terrorçuların əsas hədəfinə çevriləcəyini qeyd olunub.
Qəzet Böyük Britaniyada İŞİD tərəfdarlarının çoxluq təşkil etdiyini xatırladaraq, ötən aylar ərzində 500-dən çox İngiltərə vətəndaşının Suriyaya getdiyini bildirib.