|
Dünən Moskvanın Novo-Fominsk vilayəti ərazisində qanuni oğru həbs edilib.
Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, 45 yaşlı qanuni oğru Konstantin Borisovun üzərində baxış keçirilərkən 9 qram heroin tapılıb.
Borisov kriminal aləmdə “Kostıl” ləqəbilə tanınır. Əməliyyat zamanı xüsusi təyinatlılar onun “Toyota Land Cruiser 200” avtomobilini əhatəyə alıblar. “Vor zakon” avtomobilin qapılarını kilidləyərək düşmək istəməyib. Polislər maşının şüşələrini dəyənəklərlə sındırıb onu avtomobilin salonundan çıxarılbar.
Qeyd edək ki, “Kostıl” da Rövşən Lənkəranski kimi “Ded Xasan” qruplaşmasına müxalifətdə idi.