|
Oktyabrın 6-da hərbi qulluqçu əsgər Əliyev Murad Əlizadə oğlu xidmət yerini özbaşına tərk edib.
Azərbaycan daxili işlər orqanlarında yeni təyinat olub.
O, bir neçə dəfə Azərbaycana da baş çəkib.
“İran inqilabının sərkərdəsi dünən gecə ölüb”.
Hollandiyanın Haaqa şəhərində yerləşən Beynəlxalq Cinayət Məhkəməsi 2008-ci ildə Cənubi Osetiyada baş verən müharibə ilə bağlı araşdırmalara başlayıb.
Almaniyanın Pasau şəhərində ən yaşlı qaçqın qeydə alınıb.
Tanınmış jurnalist, BTV onlayn telekanalının və bolgexeber.com saytının rəhbəri Vasif Turanın övladlarının faciəvi şəkildə dünyalarını dəyişməsindən 4 il keçir. Söhbət 4 il əvvəl, 2011-ci ilin 7 oktyabrında Qobu qəsəbəsində baş verən dəhşətli yanğın hadisəsindən gedir. O yanğın ki, 9 yaşlı Rüfətlə 11 yaşlı Əhməd yanaraq, tələf olmuşdu.
Fevral ayında prezident İlham Əliyevin sərəncamı ilə səlahiyyətlərinin bir hissəsi əlindən alınan “Azərenerji” rəhbəri Etibar Pirverdiyevin işdən çıxarılacağı barədə iddialar təsdiqlənir. Belə ki hökumət “Azərenerji” ASC-nin özəlləşdirilməsinə hazırlaşır.
Atlantik okeanının şimalında Florida, Bermud adaları və Puerto Rikonu birləşdirən şərti xətlərin əhatə etdyi “Bermud üçbucağı” adlı ərazidə növbəti dəfə gəmi yoxa çıxıb. ANS PRESS-in məlumatına görə, 28 amerikalı, 5 polşalı heyəti olan, ABŞ bayrağı ilə üzən “Al Faro” adlı yük gəmisindən bir müddətdir xəbər alınmadığı bildirilir. Rəsmilər son dəfə cüməaxşamı günü Kroked adalarına 35 mil məsafədə yerli vaxtla səhər saat 07.30-da gəmi ilə əlaqə qurulduğunu, bundan sonra “Al Faro”dan siqnal alınmadığını bildiriblər.
Bermud üçbucağının əhatə etdiyi ərazi
Dəniz zabiti polkovnik Rayn Ross “Bermud şeytan üçbucağı” adlı ərazidə itən gəminin 3 ədəd “C-130” tipli təyyarə, ABŞ Hərbi Dəniz qüvvələrinə aid helikopterlərlə axtarıldığını deyib. Ross həmçinin, son əlaqə zamanı gəminin mühərriklərinin dayanması, gəmiyə su dolması və suyun təxliyyəsinə çalışılması barədə məlumat aldıqlarını deyib.
İtkin düşən “Al Faro” gəmisi
Gəminin, ABŞ-ın şərq sahillərində güclü təsir qüvvəsinə malik və Bermud ətrafında da təsirli olan “Xoakin” (Joaquin) qasırğası səbəbindən batdığı güman olunur. Bölgədə axtarış aparan uçuş heyəti isə gəminin itdiyi ərazidəki suyun səthində çox sayda xilasedici dairələr gördüklərini bildiriblər.
Bundan əvvəl də mətbuatda, müxtəlif vaxtlarda “Bermud üçbucağı” ərazisində gəmilərin və təyyarələrin batması barədə xəbərlər yayılmışdı.