O, bir neçə dəfə Azərbaycana da baş çəkib.

 Bu yaxınlarda Rusiya prezidenti Vladimir Putin 63 yaşını qeyd edib.

Teleqraf.Az AzVision.Az-a istinadən xəbər verir ki, sadə bir ailədə dünyaya göz açan V. Putin hazırda dünyanın ən güclü liderlərindəndir.

Rusiya kimi böyük dövlətə rəhbərlik edən Putin bütün çıxışlarında qeyd edir ki, o öz keçmişinə sadiqdir və həyatının geridə qalan məqamlalarını heç vaxt yaddaşından silməyəcək.

Putin fəaliyyəti dövründə müxtəlif ölkələrdə rəsmi və qeyri-rəsmi səfərlərdə olub və bir çoxları ilə dostluq münasibətləri qurub. Putin indiyədək bir neçə dəfə Azərbaycana da baş çəkib. Onun ölkəmizə səfərləri əsasən rəsmi formatda baş tutub. Amma illər öncə heç kimin tanımadığı Putin Azərbaycanın Tovuz rayonuna gəlib. O zaman Tovuzdan olan gənc İlham Rəhimovla tələbə yoldaşı olan Putinin bu səfəri Tovuz sakinlərinin xatirələrində yaşayır.

Çilovdarlı kəndinin sakinləri Putinlə bağlı xatirələrini bölüşüblər.

`Putin bir neçə dəfə bizim kənddə olub. O tələbə vaxtı yay İlham Rəhimovun dəvəti ilə Tovuza gəlib. Putin Tovuzun gəzməli yerlərində olub. O kənd sakinləri ilə görüşündə Tovuzu bəyəndiyini, havasının çox gözəl olduğunu deyib. İndiki kimi yadımdadır Putinin gəlişi şərəfinə qonaqlıq təşkil edilmişdi. Həmin mərasimdə Putin Tovuz kanyakından içərək ölkəmizlə bağlı xoş sözlər deyirdi`.

Kənd sakinlərinin sözlərinə görə, həmin mərasimdə maraqlı anlar yaşanıb. `Putinlə yeyib-içdikdən sonra bir-birimizlə zarafatlaşırdıq. Ona da dedik ki, ruslar tez evlənir, bəs sən niyə evlənmirsən? Putin də gülərək dedi ki, Tovuzdan qəşəng qız tapsanız, onunla evlənərəm. Sonra bildirdi ki, Azərbaycan qadınları çox gözəl və ailəcanlı olurlar`.

Sakinlərin sözlərinə görə, Putin İlham Rəhimovun ata evində qalıb. Hazırda o evdə Rəhimovun qohumları yaşayır.Qeyd edək ki, İlham Rəhimovla Vladimir Putin 1970-ci illərdə Leninqrad Dövlət universitetinin Hüquq fakultəsində təhsil alıblar. Onlar tələbə yoldaşı və dost olublar. Hazırda hər ikisi dünyada tanınan şəxslərdəndir. Biri Rusiya prezidenti, digəri isə milyardlarla sərvəti ola iş adamıdır.

Bölməyə aid digər xəbərlər

06 Fev 2018 Bakıda Qarabağ əlili döyülərək öldürüldü

06 Fev 2018 Nazirlik açıqladı: aprelin 11-i qeyri-iş günü, 9-u və 10-u isə…

05 Fev 2018 Hollandiyadan əcaib qərar –Türkiyədəki səfirliyini ləğv etdi

30 Noy 2016 Putin Trampla telefon danışığının detallarını açıqladı

04 Noy 2016 Səlahəddin Demirtaş həbs olundu - Yenilənib

03 Noy 2016 MTN işçisi dindirildi: " "Mən gördüyümü dedim”

31 Okt 2016 Türkiyədə millət vəkili həbs edildi

30 Okt 2016 Qazaxın axundu: “İran cəsusu məni təhdid edir”

26 Okt 2016 Buz dövrü başlayır - Qorxunc proqnoz

19 Okt 2016 İran hərbi gəmiləri Bakıya niyə gəlir?

18 Okt 2016 Mosulda şiəliyi təmsil edən bayraq gərginliyə səbəb olub

18 Okt 2016 Bu gün türk hərbçiləri Ermənistana girir

17 Okt 2016 Xəzər Teyyublu: “Bu tarix dünyaya xalq oldugumuzu təsdiqlədi”

17 Okt 2016 Göyçayda polisin qanunsuzluğuna etiraz edən iş adamı həbs edildi

17 Okt 2016 "Taliban" vitse-prezidentini yaraladı (YENİLƏNİB)

17 Okt 2016 Lənkəranskinin Bakıdakı məşhur restoranı bağlanıb

16 Okt 2016 Yadplanetlilərlə niyə qarşılaşmırıq? - Şok səbəb

15 Okt 2016 Rusiya Misirə desant çıxardı

14 Okt 2016 Cahangir Hacıyevin özünə və yaxınlarına məxsus evləri polis mühasirəyə aldı

14 Okt 2016 Qazaxıstan Ermənistanda silah istehsal etmək istəyir

14 Okt 2016 “Kurtlar Vadisi”nin başı böyük dərddə -Araşdırma başladı

12 Okt 2016 Ağsu sakinləri Yavər Camalovun kürəkənindən prezidentə şikayət etdi

12 Okt 2016 13-cü “zon”da nə baş verib?

11 Okt 2016 Müstəqilliyi seçən deputatların 15-i vəfat edib

10 Okt 2016 “Gürcü arzusu” hakimiyyətdə qalır

10 Okt 2016 İstiqlalçı millət vəkilləri tədbir keçirəcək

08 Okt 2016 Pakstanın Baş naziri Azərbaycana rəsmi səfərə gələcək

08 Okt 2016 "Kurtlar Vadisi Pusu" bu kanalda yayımlanacaq

07 Okt 2016 Polis tərəfindən saxlanılan jurnalist sərbəst buraxıldı

04 Okt 2016 Şimon Peresin ölümündən əvvəl şok etirafı

Xəbər lenti