Bəşər Əsəd Suriyanın şərqini İŞİD-ə verəcək.
Axar.az xəbər verir ki, bu sözləri İngiltərənin Xarici Kəşfiyyat Xidməti - Mİ6-nın sabiq başqanı Con Savers deyib. Onun sözlərinə görə, Rusiya 4 ildir ki, Əsəd rejiminə müxtəlif formalarda dəstək olur: “Rusiya Əsədə daha uzun müddət dəstək olmağa qərar verdi. Çünki Yaxın Şərqdəki yeganə müttəfiqinin Qərb, o cümlədən ərəb və türklər tərəfindən sıxışdırıldığının fərqində idi. Düşünürəm ki, Əsəd rejimi Rusiya və İranın dəstəyi ilə Həma, Xüms, Hələb və Şamda yenidən möhkəmlənmək istəyəcək. O cümlədən ölkənin şərqini İŞİD-ə verməkdən dolayı məmnunluq hissi keçirəcək”. Savers həmçinin qeyd edib ki, Əsəd hələ uzun müddət hakimiyyətdə qalacaq.