|
Oktyabrın 6-da hərbi qulluqçu əsgər Əliyev Murad Əlizadə oğlu xidmət yerini özbaşına tərk edib.
Teleqraf.az Müdafiə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, həyata keçirilən axtarış tədbirləri nəticəsində oktyabrın 9-da axşam saatlarında əsgər M.Əliyevin meyiti aşkar edilib.
Hadisə ilə bağlı cinayət işi başlanıb. Hərbi Prokurorluq tərəfindən faktla əlaqədar araşdırma aparılır.