|
Rusiya hərbçiləri Krım yarımadasının Baxçasaray şəhərində vətəndaşlara məxsus ev və obyektlərdə axtarışlara başlayıb.
Axar.az xəbər verir ki, məlumatı Krım Xəbər Agentliyi yayıb.
Məlumata görə, hərbi geyimdə olan silahlı şəxslər şəhərin 6-cı mikrorayon ərazisində tatarlara məxsus 3 evdə və 1 iaşə obyektində axtarışlar aparıb.
Axtarışların hansı məqsədlə aparıldığı bəlli deyil.
Qeyd edək ki, rusların tatarlara qarşı təzyiqləri günü-gündən artmaqdadır.