Xəstəliklərdən daha çox qış aylarında şikayət edirlər. Son vaxtlar isə insanların çoxu donuz qripindən narahat olurlar. Lakin hər kəs öz tədbirini görsə, xəstəliklərdən qoruna bilər.

Teleqraf.az  aile.lent.az-a istinadən Türkiyənin infeksiyon xəstəliklər üzrə həkim-mütəxəssisi Kənan Keskinin donuz qripindən qorunmaq üçün təkliflərini təqdim edir.

Donuz qripi donuzlarda olan influenza A adlı virusun H1N1 növünün mutasiyaya uğrayaraq, insandan insana keçmə qabiliyyəti qazanması ilə dünyaya yayılıb. İlk olaraq 2009-cu ilin mart ayında Meksika və Amerikada müşahidə edilib, sonra bütün dünyaya yayılıb. Son 50 ilin ən çox yayılan xəstəliyi olub. Həkim bildirir ki, son vaxtlar influenza A/H1N1 mövsümü qrip virusu kimi daha çox yayılıb: “İlk növbədə yaxın təmasdan çəkinmək lazımdır. Xəstəliyin faktoru olan virus soyuq, nəmli şəraitdə uzun müddət canlılığını qoruyub saxlaya bilir. Yüksək hərarət, öskürək, boğaz ağrısı ilə ortaya çıxır. Bu xəstəlik bir çox insanı yatağa salır. Qış aylarında isə virus asanlıqla keçir. Qışda qapalı və sıx mühitdə daha çox vaxt keçirmək, havanın soyuq olması səbəbindən məkanların yaxşı havalandırılmaması və xəstə insanlarla təmas məcburiyyətində qalmaq xəstəlik və yayılma hallarını çoxaldır. Məktəbli uşaqlar və bu kimi ətrafında sıx insanlar olan mühitdə xəstəliyin yayılma faizi yüksək olur. Yaşlı və xroniki xəstəliyi olan insanların qrip olması da risklidir. Xəstəlik xüsusən yaşlılar, ürək, ağciyər, böyrək xəstəlikləri, diabet və xərçəng xəstələrinin vəziyyətini ölüm həddinədək çatdıra bilər”.

K. Keskin donuz qripindən qorunmanın yollarını da açıqlayıb. Bunun ilk yolu donuz qripinə qarşı peyvənd etdirməkdir. Peyvənd təsir edənədək isə aşağıdakı halları tətbiq etmək lazımdır:

 Əllərinizi tez-tez, xüsusən də öskürdükdən və asqırdıqdan sonra sabunla yuyun. Bunun mümkün olmadığı hallarda isə tərkibində dizinfeksiyaedici nəm salfetlərlə silin.§

 Görünüşünüzə xələl gətirəcək deyə maska taxmaqdan çəkinməyin. Maska infeksiyanın qarşısını almaq üçün vacib bir üsuldur.§

 Öskürən və asqıran zaman ağzınızı, burnunuzu quru salfeklə tutun. Sonra həmin salfeti atın.§

 Gün ərzində kifayət qədər (2-2,5 litr) maye qəbul edin. Bol vitamin və mineral tərkibli meyvə, tərəvəz yeyin.§

 Olduğunuz məkanın normal istilikdə və kifayət qədər havalandırılmasına fikir verin.§

 Xəstəliyin yayılması sərnişin daşıma vasitələri, qapı dəstəyi və telefonlar vasitəsilə daha tez baş verir.§

 Öskürən, asqıran zaman və ya xəstələnməsi ehtimal edilən insanlarla əl sıxışdıqdan sonra, əllərinizi ağzınız, gözünüz və ya burnunuza vurmazdan əvvəl sabunla yuyun.§

 Xəstə insanlarla yaxın təmasdan çəkinin. Təmasda olmaq məcburiyyətindəsinizsə, maska və ya əlcəkdən istifadə edin.§

 Qrip əlamətləri müşahidə edilən kimi həkimə müraciət edin.§

 İş yerində xəstə insan varsa, sağalanadək evdə qalmasına çalışın. Beləliklə, xəstəliyin iş yerlərində yayılmasının qarşısı alınar.§ 

Əllərin sabunla yuyulması mikroblardan qorunmanın ən təsirli, ucuz və asan yoludur. Sabunlu əllərinizi ən azı yarım dəqiqə ovuşdurun, barmaqlarınızın arasınadək sabun getsin və sonra yaxşıca yuyun.

 

Bölməyə aid digər xəbərlər

16 Sent 2020 Türkiyə AB-yə boğazları bağlamaqla cavab verə bilər

07 Sent 2020 Əsgərə məktub – Rəhim bəy Qazi Tofiq Yaqublu oğluna

03 Sent 2020 Ermənistan yenə də riyakarlıqla məşğuldur – XİN

02 Sent 2020 Talış kəndindəki erməni evləri və dəyirman yandırıldı…

01 Avq 2020 Nazir polkovniklərin yerlərini dəyişdi – ƏMR

01 Avq 2020 “Tri koronı”nın yaxınlığındakı göllə bağlı daha bir AÇIQLAMA

04 Apr 2020 “Eheeey karonavirus”, – deyə bilən dövlət başçısı axtarıram

04 Apr 2020 “Koronavirusla mübarizə aparanlar vəfat etsə, onlar şəhiddirlər”

01 Mart 2020 Samuxda Qarabağ qazisinin acınacaqlı durumu – Alı Qocayevin başı sərvət toplamağa qarışıb

23 May 2018 ABŞ İraq şiələrinin liderini ələ aldı – Gizli təmas

23 May 2018 İran Qərbi parçaladı: Berlin Vaşinqtona qarşı...

19 Fev 2018 Ağsuda bir ailə intihar edəcək

06 Fev 2018 Pentaqon iki variantdan birini SEÇDİ – ABŞ-Türkiyə MÜHARİBƏSİ YAXINLAŞIR

05 Fev 2018 Əhalinin diqqətinə: Azərbaycanda hansı virusun yayıldığı məlum oldu

05 Fev 2018 YAP-ın qurultayının vaxtı məlum oldu –Prezidentliyə namizəd elan ediləcək

05 Fev 2018 MSK yeni iclas təyin etdi –Növbədənkənar prezident seçkiləri ilə bağlı qərar verəcək

05 Fev 2018 ADP İdarə Heyəti toplandı –Növbədənkənar seçki ilə bağlı hakimiyyətə çağırış edildi

18 Okt 2017 Ermənilər mövqelərimizi atəşə tutdu

18 Okt 2017 Sərkisyan Cenevrə görüşünə məcburi şəkildə aparılıb?

27 Okt 2016 Rusiya Rakkaya ABŞ-dan əvvəl girmək istəyir

27 Okt 2016 Prokurordan hökmlü, yoxsa prokurordan zəif hakim?

18 Okt 2016 Müstəqilliyimizin əleyhinə səs verənlər bunlardır -SİYAHI

17 Okt 2016 Son 100 ilin ən soyuq qışı gəlir

17 Okt 2016 18 oktyabr aktından seçmələr

15 Okt 2016 Dabık əməliyyatı başladı – Türkiyənin dəstəklədiyi müxaliflər hücuma keçdi

15 Okt 2016 Bayden: “Rusiyanın cavabı veriləcək”

12 Okt 2016 “Bu ilki pambıq kampaniyası bir neçə yüz milyon ziyana səbəb olacaq”

10 Okt 2016 ABŞ nəhayət etiraf etdi: "Türkiyəni orada istəmirik"

10 Okt 2016 Erməni yazar: “Mənim əvəzimdən Xocalı qurbanlarının abidəsinə gül dəstəsi qoyun”

10 Okt 2016 Mirmahmud Mirəlioğlu: “Hakimiyyət Qarabağ referendumuna hazırlaşır”

Xəbər lenti