|
Bəşər Əsədə hərbi dəstək verən Rusiyaya qarşı cihad fərzdir.
Moderator.az “Anadolu Agentliyi”nə istinadən xəbər verir ki, bunu Suriyadakı “Müsəlman Qardaşları”nın sözçüsü Ömər Məşuh deyib. O, Rusiyaya qarşı bütün imkanları ilə müqavimət göstərəcəklərini bildirib:
“Rusiya Suriyada mülki vətəndaşları bombalayır. Rus işğalı ilə üz-üzəyik. Onlara qarşı hər hansı bir yolla müqavimət göstərmək Suriya xalqının haqqıdır. Moskva Əsəd rejiminə yardım etməklə maraqlarını qorumağa çalışır. Rusiya Əfqanıstan və Çeçenistan təcrübəsini təkrarlayır. 5 ildir ki, rejimə, İrana və Hizbullaha necə müqavimət göstərirdiksə, Rusiyaya da müqavimət göstərəcəyik”.
Digər tərəfdən Suriya “Müsəlman Qardaşları”nın internet saytında yayımlanan məlumatda Rusiyaya qarşı cihadın silah daşıya bilən hər kəsə fərz olduğu, təşkilatın bütün imkanlarını bu uğurda istifadə edəcəyi bildirilib.