Son zamanlar sosial şəbəkələrdə işıqlandırılan mövzulardan biri də budur: Görəsən, Babək kafir olub, yoxsa dindar!?

Babəkin nə kafir, nə də dindar olması haqda əlimizdə obyektiv faktlar yoxdur. Baxmayaraq ki, Babək barədə kifayət qədər mənbələr var. Babək barədə gələn bir neçə mənbəni araşdırsam da, onun kafir olması barədə tutarlı, məntiqli dəlil tapa bilmədim.

Düzdür, Babək barədə gələn mənbələrdə qeyd edilir ki, Babək kafir olub. Lakin həmin mənbələrin sahibləri demək olar ki, hamısı qərəzli abbasilər tarixçiləri idi. Babək də işğalçı abbasilərə qarşı vuruşduğu üçün həmin xilafətin tarixçiləri tərəfindən kafir kimi qələmə verilməli idi. (Necə ki Osmanlı dövründə Səfəvilər, hazırkı dövrdə Səudiyyə Ərəbistanı düşünür ki, indiki İran və Azərbaycan , İraqın bir hissəsi şiə olduqları üçün kafirdir.)

Abbasi mənbələri yazır ki, Babək İslam işğalına qarşı vuruşub. Əslində, Babəkə qədər 150 ildən çox idi ki, Azərbaycanda İslam qəbul edilmişdi. Cənubi və Şimali Azərbaycanda Əhli-beyt məsumlarının, nümayəndələrinin qəbirləri bunu sübut edir ki, o vaxtı Əhli-beyt (ə) düşmənləri  olan abbasilər tərəfindən incidilən Peyğəmbər (s) nəsli indiki İran və Azərbaycan ərazisinə pənah gətirirmişlər. İmam Museyi Kazimin (ə) övladları, o cümlədən Babək dövründə Bakıya pənah gətirmiş Həkimə xanım (Bibiheybət), Gəncə və Bərdədəki imamzadələr onu göstərir ki, Babək dövründə Azərbaycan İslamı qəbul edibmiş.

Nizamimülk “Siyasətnamə” əsərində abbasi tarixçilərinə istinadən qeyd edir ki, Möhtəsim Babəki məhv etməsəydi, halal harama qarışmışdı. 

Lakin Nizamimülk əsərində Möhtəsimin bir məclisdə şərab içib, sonra 3 ayrı qapıdan 3 otağa girməsi və sonradan özünün dediyi kimi, 3 qızın – Rum İmperatoru, Mazyar və Babəkin qızlarının bəkarətini pozması və bunu qonağına  deməsi onu göstərir ki, mənbələr bizə Möhtəsimin kim olması haqda əl yeri qoyublar. İstənilən tədqiqatçı sual verə bilər ki, Möhtəsim özü pis işlərdən çıxırdısa, o Babəklə hansı halal-haram müharibəsi apara bilərdi.

İkincisi, mənbələrə görə, Babək 200 000 - 1 000 000 sayında ərəb işğalçısı qırıb. Yaxşı, sərkərdə Babəkin ətrafında bir milyona yaxın kafir var idi? Axı qeyd etdik ki, Azərbaycan ərazisi həmin dövrdə bir əsrdən çox idi ki, İslami qəbul etmişdi.

Üçüncüsü, Babək abbasilərin 5 böyük ordusunu məhv etmişdi. Tarixçilər bildirir ki, həmin orduların hər biri dünyanı tutmağa qadir idi. Bəs necə olur ki, “pozğun əqidəli” Babək (əlbəttə, bəzi tarixçilər Babəki və ətrafındakıları pozğun adlandırır) həmin möhtəşəm orduya qarşı nizamlı bir ordu qura bilir?

Sonda isə qeyd edək ki, sözügedən məsələ barədə gələn mənbələrin hamısı qərəzli abbasi tarixçiləri olduğu üçün Babək barədə fikirlər ziddiyyətlidir. Necə deyərlər, tarixi iqtidarlar yazır. Abbasilər dövləti də 500 il hakimiyyətdə olduqları üçün təbiidir ki, öz düşmənlərini kafir kimi qələmə verməlidirlər.

Vüsal Hətəmov (AMEA-nın dissertantı, şərqşünas)

İslam.az

Bölməyə aid digər xəbərlər

16 Sent 2020 Türkiyə AB-yə boğazları bağlamaqla cavab verə bilər

07 Sent 2020 Əsgərə məktub – Rəhim bəy Qazi Tofiq Yaqublu oğluna

03 Sent 2020 Ermənistan yenə də riyakarlıqla məşğuldur – XİN

02 Sent 2020 Talış kəndindəki erməni evləri və dəyirman yandırıldı…

01 Avq 2020 Nazir polkovniklərin yerlərini dəyişdi – ƏMR

01 Avq 2020 “Tri koronı”nın yaxınlığındakı göllə bağlı daha bir AÇIQLAMA

04 Apr 2020 “Eheeey karonavirus”, – deyə bilən dövlət başçısı axtarıram

04 Apr 2020 “Koronavirusla mübarizə aparanlar vəfat etsə, onlar şəhiddirlər”

01 Mart 2020 Samuxda Qarabağ qazisinin acınacaqlı durumu – Alı Qocayevin başı sərvət toplamağa qarışıb

23 May 2018 ABŞ İraq şiələrinin liderini ələ aldı – Gizli təmas

23 May 2018 İran Qərbi parçaladı: Berlin Vaşinqtona qarşı...

19 Fev 2018 Ağsuda bir ailə intihar edəcək

06 Fev 2018 Pentaqon iki variantdan birini SEÇDİ – ABŞ-Türkiyə MÜHARİBƏSİ YAXINLAŞIR

05 Fev 2018 Əhalinin diqqətinə: Azərbaycanda hansı virusun yayıldığı məlum oldu

05 Fev 2018 YAP-ın qurultayının vaxtı məlum oldu –Prezidentliyə namizəd elan ediləcək

05 Fev 2018 MSK yeni iclas təyin etdi –Növbədənkənar prezident seçkiləri ilə bağlı qərar verəcək

05 Fev 2018 ADP İdarə Heyəti toplandı –Növbədənkənar seçki ilə bağlı hakimiyyətə çağırış edildi

18 Okt 2017 Ermənilər mövqelərimizi atəşə tutdu

18 Okt 2017 Sərkisyan Cenevrə görüşünə məcburi şəkildə aparılıb?

27 Okt 2016 Rusiya Rakkaya ABŞ-dan əvvəl girmək istəyir

27 Okt 2016 Prokurordan hökmlü, yoxsa prokurordan zəif hakim?

18 Okt 2016 Müstəqilliyimizin əleyhinə səs verənlər bunlardır -SİYAHI

17 Okt 2016 Son 100 ilin ən soyuq qışı gəlir

17 Okt 2016 18 oktyabr aktından seçmələr

15 Okt 2016 Dabık əməliyyatı başladı – Türkiyənin dəstəklədiyi müxaliflər hücuma keçdi

15 Okt 2016 Bayden: “Rusiyanın cavabı veriləcək”

12 Okt 2016 “Bu ilki pambıq kampaniyası bir neçə yüz milyon ziyana səbəb olacaq”

10 Okt 2016 ABŞ nəhayət etiraf etdi: "Türkiyəni orada istəmirik"

10 Okt 2016 Erməni yazar: “Mənim əvəzimdən Xocalı qurbanlarının abidəsinə gül dəstəsi qoyun”

10 Okt 2016 Mirmahmud Mirəlioğlu: “Hakimiyyət Qarabağ referendumuna hazırlaşır”

Xəbər lenti