|
BMT Baş katibi Ban Ki-Mun, bölgədə yaşanan böyük qarışıqlıq səbəbiylə Kipr məsələsinin qalıcı həllinin hər zamankindən daha əhəmiyyətli olduğunu deyib.
ANS PRESS-in məlumatına görə, baş katib bu sözləri yeni təyin etdiyi Kipr üzrə şəxsi müşaviri Espen Barz Eide ilə görüşü zamanı deyib. Bundan sonra mətbuat katibliyi Ban Ki Munun BMT-nin Kipr məsələsinin geniş həllinin təmin edilməsi üçün hər cür dəstəyi verməyə davam edəcəyini vurğulayıb.
Kiprdə, fevral ayında qəbul edilən ortaq razılaşmanın məsələnin həlli üçün vacib olduğunu xatırladan Baş Katib Espendən yaxın vaxtda Kiprə gedərək türk və yunan liderlərlə görüşməsini istəyib. Liderlərdən qəbul etdikləri bəyannamə çərçivəsində cəsarət və dayanıqlılıq göstərmələrini gözlədiyini ifadə edən katib "Bölgədə yaşanan böyük xaos, Kipr məsələsinin qalıcı həllinin vacibliyinin əhəmiyyətli olduğunu" bildirdi.
Bundan əlavə o, Kipr məsələsinin qalıcı həlli yolunun əldə olunmasının BMT və beynəlxalq cəmiyyətin strateji prioritetlərindən olduğunu da sözlərinə əlavə edib.