BAKI, 3 oktyabr. TELEQRAF
Bakı şəhərinin Binəqədi rayonunda bıçaqlanma hadisəsi baş verib.
Teleqraf xəbər verir ki, oktyabrın 2-də Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Məlik Aslanov küçəsində yerləşən kafenin qarşısında 1970-ci il təvəllüdlü Cəfərov Ağa Aydın oğlu 1973-cü il təvəllüdlü Həsənov Nüsrət Bağman oğlunu bıçaqlayıb.
Hadisə nəticəsində Nüsrət Həsənov daxilə keçən bədən xəsarəti alıb.
Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyatla Cəfərov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.