BAKI, 29 sentyabr. TELEQRAF

Əməkdar artist Cabir İmamovun nəşi Əjdərbəy məscidindən Bilgəhdə yerləşən bağ evinə aparılır.

Teleqraf xəbər verir ki, əməkdar artist sabah dəfn ediləcək.

***

17:37

Əməkdar artist Cabir İmamovun nəşi Əjdərbəy məscidinə gətirilib.

Teleqraf xəbər verir ki, cənazəni sənətkarın ailə üzvləri, yaxınları, dostları, həmçinin bir çox incəsənət nümayəndələri müşayiət edirlər.

Qeyd edək ki, Cabir İmanov bu gün Səbail rayonu Üzeyir Hacıbəyli küçəsində yerləşən idman zalında infarkt keçirərək vəfat edib.