LAÇIN, 24 sentyabr. TELEQRAF

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə sifarişi edilmiş ərazilərdə Minatəmizləmə işləri davam etdirilir.

ANAMA-nın bölmə müdiri Böyükağa Haqverdiyev Teleqraf-ın Qarabağ bürosuna bildirib ki, nazirlik tərəfindən sifariş edilmiş 6475.7 hektar sahənin 3877.1 hektar ərazisi minalardan təmizlənib.

"Hazırda layihənin 60 faizi icra edilib, ərazilərdə sifariş əsasında minatəmizləmə işləri davam etdirilir", - deyə qeyd edib.