AĞDAM, 24 sentyabr. TELEQRAF

"Gizir Xanı" ləqəbi ilə tanınan kəşfiyyatçı Səyyaf Əhmədov dəfn edilib.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, Səyyaf Əhmədov Ağdam rayon Üçoğlan kəndi ərazisindəki qəbiristanlıqda dəfn edilib.

***

11:52

Ötən gün mina partlaması nəticəsində həyatını itirən Gizir Xanı ləqəbi ilə tanınan Səyyaf Əhmədovun nəşi ailəsinə verilib.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, mərhum Səyyaf Əhmədovla yaşadığı Ağdam rayon Baharlı qəsəbəsindəki evində vida mərasimi keçirilir.