BAKI, 24 sentyabr. TELEQRAF
2025-ci ilin yanvar-avqust ayları ərzində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) xərcləri ötən ilin müvafiq dövrünə nisbətən 424,6 mln. manat və ya 9,3% artıb.
Bu barədə Teleqraf-a DSMF-dən məlumat verilib.
Bildirilib ki, xərclərin 96,8%-ni əhaliyə ödənişlər təşkil edib.