AĞDƏRƏ, 8 sentyabr. TELEQRAF
Vəngli kəndinə köçürülən ailələrə yaşayış evlərinin açarları təqdim edilib.
Teleqraf-ın Qarabağ bürosu xəbər verir ki, Vəngli kənd sakinləri artıq öz ata - baba ocaqlarında daimi və təhlüksəsiz yaşayacaqları üçün, ölkə başına və vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildiriblər.
Mərasimdə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və "Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti" publik hüquqi şəxsin rəsmiləri iştirak ediblər.
Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 50 mindən çox insan yaşayır.
***
14:48
Ağdərənin Vəngli kəndlərinə yola salınan köç karvanı mənzil başına çatıb.
Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, bu gün 29 ailə olmaqla, 105 nəfər keçmiş məcburi köçkün öz yurduna qovuşub.
Daha sonra Vəngli kındinə çatan ailələrə evlərin açarları təqdim ediləcək.
***
13:26
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.
Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, bu köç mərhələsində 29 ailə olmaqla 105 nəfər Vəngli köndinə köçürülür.
Köçən ailələr respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Bu mərhələdə köçürülən ailələr bu günə kimi Bakı, Şamaxı, Kürdəmir, Ağsu, Ağdam, Yevlax, İmişli, Goranboy, Qax, Bərdə, Mingəçevir şəhər və rayonlarında məskunlaşıblar.
Ağdərə rayonunun Vəngli kəndinə köçən 105 nəfərdən ibarət 29 ailə Ağdam rayon "Dördyol" adlanan ərazisindən yola salınıb.
Bu köç də nəzərə alınmaqla Ağdərə rayonunun Vəngli kəndinə 51 ailə olmaqla cəmi 188 nəfər köçürülüb.