BAKI, 4 sentyabr. TELEQRAF

"Şərurlu İsfəndiyar" ləqəbi ilə tanınan İsfəndiyar Axundov avtomobillərinin müsadirə olunmasına münasibət bildirib.

Teleqraf-ın məlumatına görə, bu barədə Binəqədi Rayon Məhkəməsində danışan iş adamı deyib ki, bununla bağlı hazırda iş davam edir:

"Bu məsələ bir hakimin qərəzli işindən, məsuliyyətsizliyindən ortaya çıxıb. Buna baxmayaraq biz mübarizə aparırıq".

İş adamı son vaxtlar çoxsaylı məhkəmələrə verilməsinə də toxunub: "Hansı ağacda meyvə çoxdur, hamı ona daş atır. Hamı ondan nəsə qopartmaq istəyir".