BAKI, 28 avqust. TELEQRAF
Sumqayıt-Bakı avtomobil yolunda tıxac yaranıb.
Teleqraf xəbər verir ki, Sumqayıtdan Bakı istiqamətinə hərəkət edən nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə edilir.
Şahidlərin bildirdiyinə görə, sıxlıq Bakı istiqamətində yolun Abşeron rayonu Xırdalan şəhəri ərazisindən başlayıb, "20 Yanvar" dairəsinə qədər davam edir.