BAKI, 25 avqust. TELEQRAF
Bakıda və Abşeron yarımadasında tozlu hava müşahidə olunur.
Milli Hidrometeorologiya Xidmətindən Teleqraf-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında tozun miqdarı normadan 1.5 dəfə artıqdır.
Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun baş mühəndisi Rəna Allahverdiyeva bildirib ki, müşahidə olunan toz meteoroloji şəraitlə əlaqədar transsərhəd xarakterlidir, cənub-şərq istiqamətli hava axınları vasitəsilə ölkə ərazisinə daxil olub:
"Tozlu hava şəraitinin meteoroloji vəziyyətdən asılı olaraq gün ərzində davam edəcəyi gözlənilir”.