BAKI, 18 avqust. TELEQRAF
Ərəb turistlərin Şəhidlər xiyabanında qeyri-etik hərəkətlərinin əks olunduğu görüntü ilə bağlı hazırda hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Dövlət Turizm Agentliyindən məlumat verilib.
Bildirilib ki, Agentlik mütəmadi olaraq maarifləndirici təlim və görüşlər təşkil edir.
"Agentlik turizm şirkətləri və turizm bələdçilərinə ölkəyə gələn xarici vətəndaşlara turistik məlumatlarla yanaşı, ölkə haqqında vacib məqamlar, o cümlədən milli-mənəvi dəyərlər, yerli qanunvericilik və ictimai davranış qaydalarına hörmətlə yanaşılmalı məqamlar haqqında da ətraflı informasiya verməyi tövsiyə edir", - deyə açıqlamada bildirilib.