BAKI, 14 avqust. TELEQRAF

"Dünən küçədə meyiti tapılan şair Kəramət Şükürov sabah Masallıda dəfn olunacaq".

Teleqraf-a bu barədə Azərbaycan Yazıçılar Birliyinin mətbuat katibi Xəyal Rza məlumat verib.

Onun sözlərinə görə, mərhum son aylara qədər Türkiyədə yaşayırmış: "Kəramət Şükürov AYB-nin üzvü, istedadlı şair idi. Mən yaxınları ilə əlaqə saxladım, bildirdilər ki, ailəsi hazırda Türkiyədən gəlməyə hazırlaşır. O, özü də son aylara qədər Türkiyədə yaşayıb. Yaxınlarının dediyinə görə, mərhum sabah Masallıda - doğma kəndində, atasının yanında dəfn ediləcək".