Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi və “Öyrədərək Öyrənirik” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi tərəfindən icra olunan “Texno-mifləri dağıdırıq!” layihəsi çərçivəsində hazırlanmış animasiya filmlərinin təqdimat mərasimi keçirilib.
Teleqraf xəbər verir ki, Qazax Gənclər Evində təşkil olunan mərasimdə, “Rəqəmsal” mövzulu qrant müsabiqəsinin qaliblərindən biri olaraq “Öyrədərək Öyrənirik” G.İ.İ.D.İ.B. tərəfindən hazırlanmış və doğru kimi bilinən texnoloji miflərə həsr olunmuş səkkiz animasiya filmi gənclərə nümayiş etdirilib. Layihənin məqsədi, bu texnoloji miflər barədə gənclər arasında, ümumiyyətlə cəmiyyətdə dolğun təsəvvür formalaşdırmaqdır.
Qeyd edək ki, layihənin icrasına 1 aprel tarixində başlanılıb və 31 avqust tarixində yekunlaşacaqdır.