BAKI, 12 avqust. TELEQRAF

"Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) ilin sonuna qədər Skorinq sistemi tətbiq edəcək".

Teleqraf xəbər verir ki, bunu Həmkarlar İttifaqları Konfederasiyası sədrinin müşaviri Elkiyar Ziyadov mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən deyib.

O qeyd edib ki, AHİK dövlət qurumu olmadığı üçün dövlətin rəqəmsal məlumat bazalarına keçid hüququ yoxdur.

"Nəticədə məlumatları manual olaraq yoxlayırıq. Müraciət sayı həddən artıq çox olduğu üçün imtina verilməsi təbiidir", - o qeyd edib.