BAKI, 12 avqust. TELEQRAF
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) Beynəlxalq Əmək Təşkilatı ilə memorandum imzalayacaq.
Teleqraf xəbər verir ki, bunu AHİK sədrinin müşaviri Elkiyar Ziyadov ötən bir ildə görülən işlərə dair mətbuat konfransında deyib.
O qeyd edib ki, yaxın vaxtlarda bu məsələ ilə əlaqədar səfər planlaşdırılır.
Müşavir bildirib ki, ilk dəfə olaraq Həmkarlar İttifaqı üzvlərinin adlı siyahısı təşkil edilib və üzvlər haqqında məlumatlar gündəlik yenilənir.