BAKI, 12 avqust. TELEQRAF
Sanatoriya və istirahət mərkəzlərinə göndərişlərin verilməsinin operativliyini təmin etmək məqsədilə "e-ahik" Sanatoriya-Kurort Elektron Rezervasiya Sistemi istifadəyə verilib.
Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının mətbuat konfransında bildirilib.
Qeyd olunub ki, 2025-ci il yanvarın 1-dən iyulun 31-dək 32 minə yaxın göndəriş verilib.
Bu, ötən ilin müvafiq dövrü ilə nisbətdə 1,5 dəfə çoxdur.
Konfederasiyanın himayəsində olan 209 şəhid ailəsinin 378 övladına hər ay maddi yardım göstərilir. 148 şəhid ailəsinə isə alış-veriş kartları təqdim edilib.
Məlumat verilib ki, həmkarlar ittifaqlarının üzvlərinin sayı 1 milyon 34 min 701 nəfərə çatıb. Onlardan 513 min 317 nəfəri kişi, 208 min 641 nəfəri qadındır. 208 min 641 nəfəri isə gənclərdir.
Qeyd edilib ki, 20 Yanvar şəhidlərinin 95 ailə üzvünə birdəfəlik maddi dəstək göstərilib. Bu istiqamətdə həyata keçirilən layihələr çərçivəsində şəhid övladları üçün “Abşeron” sanatoriyasında “Texno Qəhrəmanlar” master-klası təşkil olunub.