BAKI, 11 avqust. TELEQRAF
Avqustun 12-13-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə küləyin sürəti güclənəcək.
Teleqraf xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Culfa, Ordubad, Oğuz, Qəbələ, İsmayıllı, Şamaxı, Ağdaş, Ağsu, Ağdaş, Ağdam, Ağdərə, Ağcabədi, Tovuz, Ağstafa, Qazax, Samux, Göygöl, Şəmkir, Şəki, Balakən, Qax, Zaqatala, Göyçay, Daşkəsən, Gədəbəy, Gəncə, Goranboy, Naftalan, Xızı, Qobustan, Cəlilabad, Biləsuvar, Mingəçevir, Hacıqabul, Sabirabad, Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Yevlax, Tərtər, Bərdə, Kəlbəcər, Laçın, Zəngilan, Cəbrayıl, Şirvan, Salyan, Neftçala, Saatlıda fasilələrlə şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.