BAKI, 9 avqust. TELEQRAF
Göyçayda 4 maqnitudalı zəlzələ olub.
Teleqraf xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, zəlzələ İsmayıllı stansiyasından 35 km cənub-qərbdə Göyçay rayonunda olub.
Yerli vaxtla saat 11:03-də qeydə alınan yeraltı təkan 16 km dərinlikdə baş verib.