BAKI, 25 iyul. TELEQRAF

"Gürcüstanla Azərbaycan arasında münasibətlər dinamik inkişaf edir".

Teleqraf xəbər verir ki, bu sözləri Gürcüstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Zurab Pataradze "Azərbaycan-Gürcüstan Gənclər Forumu" zamanı jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, iki ölkə arasında strateji tərəfdaşlıq və qardaşlıq ruhuna əsaslanan xüsusi münasibətlər mövcuddur: "Bu gün keçirilən tədbir və Gənclər Həftəsi çox diqqətəlayiqdir, çünki gürcü və azərbaycanlı gənclər bir-birilərini yaxından tanımaq, mədəniyyət və dəyərlərlə tanış olmaq imkanı qazandılar”.

Zurab Pataradze həmçinin forumun qarşıdakı dövrlərdə də önəm daşıyacağını vurğulayıb: “Əminəm ki, bu forum gələcəkdə hər iki ölkənin idarəçiliyinə və rəhbərliyinə gənc nəslin daha yaxşı bir sabah qurmasına töhfə verəcək”.