AĞDAM, 15 iyul. TELEQRAF
2026-cı ilin sonuna qədər Ağdamın 2 kəndinə Başqərvənd və Eyvazxanbəyli kədlərinə əhalinin köçü təmin ediləcək.
Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, bunu media nümayəndələrinə Azərbaycan Respublikası Prezidentinin Ağdam, Füzuli və Xocavənd rayonlarında xüsusi nümayəndəsi Emin Hüseynov müsahibısi zamanı deyib.
Onun sözlərinə görə, Ağdam şəhərində tikinti işləri sürətlə davam edir:
“İl sonuna qədər 1268 ailənin Ağdama köçürülməsi planlaşdırılıb. Bu ay ərzində beşinci yaşayış kompleksinin tikintisinə start veriləcək. Sentyabr- oktyabr aylarında isə üçüncü yaşayış kompleksinin tikintisi başlayacaq”.
E. Hüseynov qeyd edib ki, 2026-cı ilin sonuna qədər Ağdama 20 min sakinin köçü planlaşdırılıb:
“İlin sonuna qədər isə Füzulidə yaşayış kompleksinin tikintisinə başlanılacaq. Xocavənd rayonunda da kəndlərin bərpadı üzrə işlər davam edir. Hadrud və Tuğ kəndlərinə kommunikasiya sistemlərinin çəkilməsi prosesi gedir. Xocavənd rayonun digər kəndlərinə isə il sonuna qədər 1552 evin təmir olunaraq təhvil verilməsi planlaşdırılıb”.