Bakı, 14 iyul. TELEQRAF
Qubadlı rayonunun kənd qəbiristanlıqlarında şəhidlərin qəbirüstü abidələri bərpa olunur.
Teleqraf-ın məlumatına görə, bərpa işləri Qubadlı Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə həyata keçirilir.
Layihənin birinci mərhələsi çərçivəsində rayonun Başarat, Qarağac, Qarakişilər və Hacılı kəndlərində qəbirüstü abidələr tamamilə yenidən qurulub.
Başarat kəndində şəhidlər Abbasov Etimad Kamal oğlu, Mirzəyev Pənah Sovet oğlu, Rüstəmov Novruz Rəhim oğlu və Nuruşov Cənnət Dəmir oğlunun, Qarağac kəndində şəhidlər İsmayılov Vidadi Ağalar oğlu, Eminov Savalan Əmir oğlu, Şirinov Şirin Əhməd oğlu, Əliyev İlham Əhməd oğlu, Quliyev Qabil Oruc oğlunun, Qarakişilər kəndində şəhidlər İsmayılov Aslan Şəmil oğlu, Həsənov Vahid Məhərrəm oğlu və Əhmədov Nahid Həmid oğlunun, Hacılı kəndində isə şəhid İsgəndərov Mübariz Nüsrət oğlunun qəbirüstü abidələri bərpa olunub.
Hazırda layihənin növbəti mərhələsi üzrə Əyin kəndində şəhidlər Əhmədov Mahir Humay oğlu, Bayramov İlqar Telman oğlu, Nəcəfov Azər Cabbar oğlu, Qəhrəmanov Elman İxtiyar oğlu, Nəcəfov Elşən Camal oğlu və Qəhrəmanova Nəzakət İxtiyar qızının məzarlarının üzərindəki abidələrin bərpası istiqamətində işlər davam etdirilir.
Layihənin məqsədi şəhidlərin xatirəsinin əbədiləşdirilməsi və onların məzarlarının müasir və səliqəli formada qurulmasıdır.