BAKI, 21 iyun. TELEQRAF

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi Xızı rayonu ərazisində yerləşən meşə massivlərində və istirahət mərkəzlərində “Yanğın təhlükəsizliyi qaydaları” mövzusunda silsilə maarifləndirmə tədbirləri keçirib.

Bu barədə Teleqraf-a nazirlikdən məlumat verilib.

Tədbirlərdə FHN-in Sumqayıt Regional Mərkəzi və Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin əməkdaşları iştirak ediblər.

Tədbirlərdə vətəndaşlara müxtəlif məkanlarda, xüsusilə də meşə zolaqları və istirahət zonalarında mümkün yanğınların qarşısının alınması üçün zəruri profilaktik tədbirlər barədə geniş məlumat verilib, yanğınlar baş verdikdə təhlükəsiz davranış qaydaları izah olunub.

Suallar cavablandırılıb, vətəndaşlara mövzuya aid yaddaş kitabçası və maarifləndirmə xarakterli müxtəlif təbliğat materialları təqdim edilib.