GƏNCƏ, 18 fevral. TELEQRAF

Gəncədə yanacaq daşıyan avtomobil qəzaya səbəb olub.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, hadisə Fətulla Həsənov küçəsində qeydə alınıb.

Belə ki, yanacaqdaşıyan avtomobil "VAZ 2107" və "VAZ 21015" markalı avtomobillərə toqquşub.

Yanacaqdaşıyan avtomobilin əyləc sistemində yaranan problem qəzanın səbəbi kimi göstərilir.