Alça kimi turş və ya şəkərli qidalar diş eroziyasına səbəb olur.

Teleqraf.com xəbər verir ki, aparılan araşdırmada sitrus meyvələrini gündə iki dəfədən çox istehlak edənlərin, sitrus meyvələrini tez-tez istehlak etməyənlərə nisbətən diş eroziyası riskinin 37 qat daha çox olduğu aşkarlanıbb. Bu vərdişlər dişlərdə turşu eroziyası ehtimalını 4-10 dəfə artırır.

Turş içkilər, idman içkiləri, turş qidalar, turş meyvələr, sitrus meyvələri diş minasını yumşaldır. Bu qidaları qəbul etdikdən dərhal sonra dişlərinizi fırçalamaq turşunun diş minasına təsirini sürətləndirə və substratı aşındıra bilər. Çünki yeməkdə dişlərə yapışan qalıqlar qısa müddətdə turşuya çevrilir. Yeməkdən dərhal sonra dişləri fırçalamaq həmin turşunun ağızda yayılmasına səbəb olur. Turşu diş minasının keyfiyyətini aşağı salır, davamlılığını azaldır. Beləliklə, dişlər daha asan çürüyür. Dişləri yeməkdən dərhal sonra deyil, 1-2 saatdan sonra fırçalayın.

Turş bir şey yedikdən sonra turşunu zərərsizləşdirmək üçün ağzımızı su ilə yaxalamalıyıq. Əgər dişlərinizi fırçalamağa ehtiyac hiss edirsinizsə, ağzınızı yaxalayın və sonra bir stəkan ilıq su için.