Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovanın Küveytin İdeal Ailə Cəmiyyətinin sədri xanım Sheikha Al-Ahmad Al-Jaber Al-Sabah və digər qonaqlarla görüşüb.

Teleqraf.com xəbər verir ki, görüşdə ailə, qadın və uşaq problemlərinin həlli sahəsində təcrübə mübadiləsi və ikitərəfli əlaqələrin genişləndirilməsi müzakirə edilib.

Görüşün əsas məqsədi Küveytdən gəlmiş nümayəndə heyyətinin Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əsas vəzifələri, beynəlxalq əməkdaşlıq sahəsində təcrübəsi, qadın hüquqlarının həyata keçirilməsini təmin etmək məsələləri üzrə Komitənin əsas fəaliyyət istiqamətləri ilə tanış olmaqdır.

Tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Komitənin fəaliyyəti haqqında qonaqlar məlumatlandırıb.

Küveyt Dövlətinin İdeal Ailə Cəmiyyətinin sədri xanım Sheikha Al-Ahmad Al-Jaber Al-Sabah da fikirlərini bölüşüb.

İlhamə