BAKI, 14 yanvar. TELEQRAF
Azərbaycan Respublikası ilə Somali Federativ Respublikası arasında diplomatik pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında saziş təsdiqlənib.
Teleqraf xəbər verir ki, bu barədə Prezident İlham Əliyev qanun imzalayıb.
Qanuna əsasən, 2025-ci il oktyabrın 15-də Uqandanın paytaxtı Kampala şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Somali Federativ Respublikası Hökuməti arasında diplomatik pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş” qüvvəyə minib.