BAKI, 14 yanvar. TELEQRAF

Azərbaycan Respublikası ilə Uqanda Respublikası arasında diplomatik və xidməti pasport sahiblərinin viza tələblərindən azad edilməsi haqqında saziş təsdiq edilib.

Teleqraf xəbər verir ki, bu barədə Prezident İlham Əliyev qanun imzalayıb.

Qanuna əsasən, 2025-ci il oktyabrın 15-də Uqandanın paytaxtı Kampala şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Uqanda Respublikası Hökuməti arasında diplomatik və xidməti pasport sahiblərinin viza tələblərindən azad edilməsi haqqında Saziş” qüvvəyə minir.