BAKI, 13 yanvar. TELEQRAF

Baş Prokurorluğunda müsabiqə yolu ilə prokurorluq orqanlarında qulluğa yeni qəbul edilmiş gənc əməkdaşlarının andiçmə mərasimində tədbir iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət qəbul edilib.

Teleqraf-ın xəbərinə görə, məktubu qulluğa yeni qəbul olunan gənc hüquqşunas Cahandar Quluzadə səsləndirib.