Dekabrın 2-də Türkiyənin İzmir şəhərində yataq otağından oğurlanan 16 yaşlı Ayşenur S. İstanbulda tapılıb.
Teleqraf.com xəbər verir ki, naməlum şəxs Ayşenurun valideynlərinə zəng edərək qızı yol kənarında huşsuz vəziyyətdə tapdığını bildirib.
Qızın narkotik alverçiləri tərəfindən qaçırıldığını güman edilir.
Faktla bağlı araşdırma aparılır.