Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov, İctimai Birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov, deputatlar Elman Nəsirov və Ağalar Vəliyev Özbəkistanda keçiriləcək prezident seçkilərini izləmək üçün dekabrın Daşkəndə səfər ediblər.

Teleqraf.com xəbər verir ki, parlamentin nümayəndə heyəti beynəlxalq müşahidəçilər qismində seçki prosesində iştirak edəcək.

Deputatlarımız ölkədə seçkiqabağı hazırlıq işləri, məntəqələrdəki vəziyyət ilə yaxından tanış olacaq, vətəndaşların fəallığını müşahidə edəcək.

Nemət