BAKI, 14 iyun. TELEQRAF

14–16 iyun 2025-ci il tarixlərində Binəqədi–Novxanı avtomobil yolunda aparılacaq təmir işləri ilə əlaqədar olaraq nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılır.

Bu barədə Teleqraf-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.

Agentlikdən yolun bağlanmayacağı vurğulanıb. Sürücülərdən xahiş olunub ki, səfərlərini əvvəlcədən planlaşdırsınlar və təmir aparılan ərazidə tətbiq olunacaq müvəqqəti hərəkət dəyişikliklərini nəzərə alsınlar.