BAKI, 17 sentyabr. TELEQRAF

Bakı metrosu “Formula 1” üzrə Azərbaycan Qran-prisi ilə əlaqədar gecə saat 02:00-a qədər işləyəcək.

“Bakı Metropoliteni” QSC -dən Teleqraf-a verilən məlumata görə, sentyabrın 19-dan 20-nə və 20-dən 21-nə keçən gecələrdə metro stansiyaları saat 02:00-a qədər sərnişinlərin girişinə açıq olacaq.

Yarış günlərində şəhər mərkəzinə yaxın stansiyalarda gücləndirilmiş iş rejimi tətbiq ediləcək, əlavə ehtiyat qatarlar hazır vəziyyətdə saxlanılacaq.