BAKI, 13 sentyabr. TELEQRAF

Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən "Azərikard" MMC-yə məxsus Toyota markalı minik avtomobili hərraca çıxarılacaq.

Teleqraf xəbər verir ki, buraxılış ili 2013-cu il olan avtomobil 22 086 manat ilkin satış qiyməti ilə hərracda satışa qoyulacaq.

Qeyd edək ki, hərrac oktyabrın 14-ü saat 11:00-da baş tutacaq. İştirak üçün əvvəlcədən 10 faiz beh tələb olunur.

Xatırladaq ki, bu ayın 30-da MMC-nin əlavə 2 avtomobili də hərraca çıxarılacaq.

Qeyd edək ki, "Azərikard" MMC-nin nizamnamə kapitalı 1 milyon 750 min manatdır. Qanuni təmsilçisi isə Quliyev Fərdi Fuad oğludur.