BAKI, 29 avqust. TELEQRAF

Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən "Azərikard" MMC-yə məxsus 2 nəqliyyat vasitəsi hərraca çıxarılacaq.

Teleqraf xəbər verir ki, buraxılış ili 2019-cu il olan Toyota markalı minik avtomobili 32 min 63 manat ilkin satış qiyməti ilə hərracda satışa qoyulacaq. 2013-cü il istehsalı olan Volkswagen markalı minik avtomobilinin başlanğıc qiyməti isə 11 min 835 manat təşkil edəcək.

Qeyd edək ki, hərrac sentyabrın 30-u saat 11:00-da baş tutacaq. İştirak üçün əvvəlcədən 10 faiz beh tələb olunur.

Onu da bildirək ki, "Azərikard" MMC-nin nizamnamə kapitalı 1 milyon 750 min manatdır. Qanuni təmsilçisi isə Quliyev Fərdi Fuad oğludur. Şirkət Azərbaycanda kart əməliyyatlarının təhlükəsiz və etibarlı şəkildə həyata keçirilməsini təmin edən ilk tam sertifikatlaşdırılmış prosessinq mərkəzidir.