BAKI, 29 avqust. TELEQRAF
Sumqayıtdan ölkənin müxtəlif şəhər və rayonlarına fəaliyyət göstərən 34 reys üzrə bu günədək 24 müsabiqə keçirilib.
Yerüstü Nəqliyyat Agentliyindən Teleqraf-a verilən məlumata görə, bu müsabiqələr əsasında sərnişindaşıma fəaliyyətinə 15 yeni və müasir avtobus cəlb edilib. Bu, avtobus parkının 45%-nin müasir nəqliyyat vasitələri ilə əvəzlənməsi deməkdir.
Reyslərin 70%-i onlayn bilet satışı üçün “biletim.az" portalına inteqrasiya olunub.
Sərnişindaşımada istifadə olunan nəqliyyat vasitələrinin yenilənməsi və bütün reyslərin “biletim.az” portalına inteqrasiyası istiqamətində işlər davam etdirilir.