BAKI, 28 iyul. TELEQRAF
“Azərbaycan Dəmir Yolları” QSC (ADY) bu ilin 6 ayında Çindən 199 blok-qatar qəbul edib.
Qurumdan Teleqraf-a verilən məlumata görə bu, keçən ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfədən çox artım deməkdir.
Qeyd edək ki, bu ilin birinci yarısında ümumilikdə blok-qatarlarla 20 min TEU yük daşınıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,1 dəfə çoxdur.