BAKI, 19 fevral. TELEQRAF

Şəhriyar Məmmədyarov şahmat üzrə Azərbaycan çempionatının finalına vəsiqə qazanıb.

Teleqraf xəbər verir ki, yarımfinalda iki partiyadan sonra qalibin müəyyənləşmədiyi Şəhriyar Məmmədyarov-Aydın Süleymanlı duelində tay-brek keçirilib. Burada qələbə qazanan Ş. Məmmədyarov 3,5:2,5 hesablı qələbə ilə adını finala yazdırıb.

Sabah Azərbaycan çempionatında final partiyalarına start veriləcək. Kişilərin yarışında çempionluq uğrunda Şəhriyar Məmmədyarov Məhəmməd Muradlı, qadınlarda isə Ülviyyə Fətəliyeva Ayan Allahverdiyeva ilə mübarizə aparacaq.

Üçüncü yer uğrunda görüşlərdə Aydın Süleymanlı-Read Səmədov və Gülnar Məmmədova-Türkan Məmmədyarova partiyaları keçiriləcək. Final görüşləri saat 15-00-da başlayacaq.