BAKI, 19 noyabr. TELEQRAF
1972-ci il Qış Olimpiya Oyunlarının çempionu, xizək yarışı üzrə məşhur idmançı Alevtina Olyunina uzun sürən xəstəlikdən sonra vəfat edib.
Teleqraf xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Alevtina Olyunina 1972-ci ildə Yaponiyanın Sapporo şəhərində keçirilən Qış Olimpiya Oyunlarında 3x5 km estafet yarışında qızıl, 10 km fərdi qaçışda isə gümüş medal qazanıb. O, həmçinin ikiqat dünya çempionu, doqquzqat SSRİ çempionu, SSRİ-nin əməkdar idman ustasıdır. 1975-ci ildən etibarən Kostroma şəhərində pedaqoji fəaliyyətlə məşğul olub. Hər il şəhərdə Alevtina Olyuninanın adını daşıyan xizək estafeti keçirilir.